AZ

İsrail müdafiə naziri: “İran qırmızı xətti keçdi, ağır bədəl ödəyəcək”

İsrailin müdafiə naziri Yoav Qalant İranın raket hücumlarına sərt reaksiya verib. O bəyan edib ki, İran İsrailin mülki yaşayış məntəqələrinə raket atmaqla “qırmızı xətləri” keçib:

“İran, İsrailin mülki əhalisinin yaşadığı bölgələri hədəf almaqla qırmızı xətləri keçib. Biz vətəndaşlarımızı qorumağa davam edəcəyik və ayətollah rejiminin bu cinayətkar əməllərinə görə çox yüksək bədəl ödəməsini təmin edəcəyik”, – deyə o bildirib.

Eyni zamanda, KONKRET.az bildirir ki, İsrailin Baş naziri Benyamin Netanyahu hazırda ölkənin təhlükəsizlik orqanlarının rəhbərləri ilə təcili məsləhətləşmələr aparır.

Görüşün əsas mövzusu İranın hücumlarına cavab və regional təhlükəsizlik məsələləridir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
17
konkret.az

1Mənbələr