Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Nüfuzlu qaynaqların yaydığı xəbərə görə, MBA hazırda 2025/26 mövsümü üçün “Ulduzların oyunu”nu yeni formatda – “ABŞ qalan dünyaya qarşı” – keçirmək planı üzərində çalışır. Həmin oyunun gələn il fevralın 15-də Kaliforniya ştatının İnqlvud şəhərində keçirilməsi planlaşdırılır. "Football-plus.az" xatırladır ki, bir müddət əvvəl MBA-nın komissarı Adam Silver “Fox Sports 1”ə müsahibəsində oyunun bu formatda keçirilməsinin mümkünlüyü haqda danışmışdı:
“Yayın üçün ABŞ qalan dünyaya qarşı” matçından daha yaşı nə ola bilər ki?! Formatın necə olacağına hələ tam əmin deyiləm. Əlbəttə, MHL-in də etdiklərinə diqqət yetirirəm, onların təşəbbüsü uğurlu alındı”.
Xatırladaq ki, MHL rəhbərliyi bu il ənənəvi “Ulduzların oyunu” əvəzinə Kanada, Fransa, İsveç və ABŞ yığmalarının qatıldığı “4 millətin turniri”ni keçirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.