AZ

Qrossi: Natanzdakı nüvə obyektlərinin daxilində radioloji çirklənmə aşkar edilib

BAKI, 14 iyun. TELEQRAF

İsrailin zərbələrindən sonra İranın Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.

Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən söyləyib.

"Xarici təsir səbəbindən Natanzdakı obyektlərin daxilində radioloji və kimyəvi çirklənmə var", - AEBA rəhbəri bildirib.

Rafael Qrossi rəhbərlik etdiyi təşkilatın nüvə qurğularının tam qorunmasını və onların sülh məqsədləri üçün istifadəsinin davam etdirilməsini təmin etmək üçün İrana ekspertlər göndərməyə hazır olduğunu nəzərə çatdırıb. O qeyd edib ki, nüvə obyektləri hücuma məruz qalmamalıdır.

Qrossi vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün İrana mümkün qədər tez səfər etməyə hazır olduğunu deyib.

Seçilən
58
1
teleqraf.com

2Mənbələr