Bakı. Trend:
İsrail ordusunun arxa komandanlığı ölkə ərazisindəkivətəndaşlara sığınacaqları tərk edə biləcəkləri barədə xəbərdarlıqedib.
Trend xəbər verirki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qərarın əməliyyat şəraitinin qiymətləndirilməsindən sonra qəbuledildiyi bildirilib. Eyni zamanda, ordu vətəndaşlara növbəti dəfəhəyəcan siqnalı verildiyi halda sığınacaqlara yaxın ərazidə qalmağıtövsiyə edib.