İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciət edərək, iranlıları öz hökumətlərinə qarşı ayağa qalxmağa çağırıb.
Bakıvaxtı.azxəbər verir ki, Netanyahunun sözlərinə görə, "islam rejimi 50 ilə yaxındır iranlılara zülm edir, İsraili məhv etməklə hədələyir".
"İsrailin əməliyyatının məqsədi İslam rejimindən gələn nüvə və raket təhlükəsini aradan qaldırmaqdır. Məqsədimizə çatmağa doğru irəlilədikcə, biz sizin - iranlıların azadlığa nail olmaq yolunu da açırıq", - Netanyahu bildirib.
Siyasətçi, həmçinin, İslam Respublikası vətəndaşlarını “zalımların şər rejimindən azad olmaq üçün mübarizəyə” başlamağa çağırıb.