BAKI, 14 iyun. TELEQRAF
İsrailin Nazirlər Kabineti İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumuna cavabı müzakirə etmək üçün iclas keçirir.
Teleqraf xəbər verir ki, bu barədə adı açıqlanmayan İsrail rəsmisi CNN-ə bildirib.
Rəsminin sözlərinə görə, İsrailin İrana qarşı növbəti hücum dalğasını daha da gücləndirəcəyi gözlənilir.