AZ

İranın XİN başçısı ilə BMT-nin baş katibi arasında telefon danışığı olub

Bakı. Trend:

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə BMT-nin başkatibi Antonio Quterreş arasında telefon danışığı keçirilib.

Trend-inməlumatına görə, Əraqçi BMT-ni beynəlxalq sülh və təhlükəsizliyinqorunması üzrə öhdəliklərini dərhal yerinə yetirməyə çağırıb.

O qeyd edib ki, İran Təhlükəsizlik Şurasının sədri və BMT başkatibinə rəsmi məktublar göndərərək, İsrailin hərəkətlərinə dərhalreaksiya verməyə çağırıb.

Əraqçinin sözlərinə görə, İran ərazisinə endirilən zərbələr“BMT-nin müstəqil üzvü olan İran İslam Respublikasının suverenliyivə ərazi bütövlüyünün açıq şəkildə pozulması” və “açıq-aşkartəcavüz aktıdır”.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, BMT-nin başkatibi İsrailin hərəkətlərindən təəssüfləndiyini bildirib vəxüsusilə İran və ABŞ arasında davam edən danışıqlar kontekstindəİran hədəflərinə endirilən zərbələri pisləyib.

Seçilən
15
1
az.trend.az

2Mənbələr