BAKI, 14 iyun. TELEQRAF
Ankarada Türkiyə və Yunanıstan arasında birgə fəaliyyət planı müzakirə edilib
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici işlər nazirinin müavini Mehmet Kamal Bozay və Yunanıstanın xarici işlər nazirinin müavini Tasos Hacıvasiliunun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşdə ikitərəfli ticarət, nəqliyyat, turizm, təhsil, texnologiya, ətraf mühit və səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub.
Görüşdə həmçinin Birgə Fəaliyyət Planı çərçivəsində 2024-cü il dekabrın 2-də Afinada keçirilmiş sonuncu görüşdən sonra əldə olunmuş irəliləyişlər nəzərdən keçirilib, yeni əməkdaşlıq sahələri müzakirə edilib.