AZ

İranın İsrailin hansı obyektlərinə zərbə endirdiyi bilindi

İranın ballistik raketlərlə hücum zamanı İsraildə hansı yerləri hədəf aldığı məlum olub.

Publika.az xəbər verir ki, "Telegram" kanallarında yayılan məlumata görə, Təl-Əvivin Maliyyə Mərkəzinə, İsrail Müdafiə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Təl-Nof Hava Bazasına, Hayfa bölgəsində bir neçə nöqtəyə və Qəzza sahilində qaz platformasına zərbələr endirilib.

Ancaq İsrail hakimiyyəti bu barədə məlumatları hələ təsdiqləməyib.

Seçilən
37
publika.az

1Mənbələr