AZ

Netanyahu İran xalqını üsyana çağırdı

İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir İran xalqını hökunətə qarşı üsyana çağırıb.

"Biz tarixin ən böyük hərbi əməliyyatlarından birinin ortasındayıq: Yüksələn Aslan Əməliyyatı. 50 ilə yaxındır sizə zülm edən İslam rejimi ölkəmizi, İsrail dövlətini məhv etməklə hədələyir. İsrailin əməliyyatının məqsədi İslam rejimindən gələn nüvə və raket təhlükəsinin qarşısını almaqdır.

Məqsədimizə çatmaqda biz həm də sizin azadlığa çatmağınız üçün yolları təmizləyirik. Biz son 24 saat ərzində İslam rejiminin yüksəksəviyyəli hərbi komandirlərini, aparıcı nüvə alimlərini, uranın zənginləşdirilməsi üzrə ən böyük obyektini və ballistik raket arsenalının əhəmiyyətli bir hissəsini məhv etdik. Rejim heç vaxt belə zəif olmamışdı. Bu, danışmaq və səsinizi eşitdirmək şansınızdır. Dünən və bundan əvvəl də dəfələrlə dediyim kimi, İsrail İran xalqına qarşı vuruşmur.

Bizim mübarizəmiz sizə zülm edən və yoxsullaşdıran qatil İslam rejiminə qarşıdır. İran xalqı ilə İsrail xalqı Böyük Kirin dövründən dostdurlar. İran xalqının öz bayrağı və tarixi irsi ətrafında birləşməsinin, öz azadlığını şər və zülmkar rejimdən müdafiə etməsinin vaxtıdır", - deyə o bildirib.


Telegram kanalımız
Seçilən
23
1
yenisabah.az

2Mənbələr