“Mən xoşbəxt deyiləmsə, özümü yaxşı hiss etmirəmsə heç kim sevinməsin, xoşbəxt olmasın”.
OLAY yazır ki, bu sözləri instaqramda müğənni İradə İbrahimova yazıb.
Sənətçi iddialı fikirlərinə bunları da əlavə edib:
“Hamı özünü bərbad hiss etsin deyə sağa-sola zəhər püskürtən pis enerjilərin yanından uzaqlaşın. Kim olursa olsun, təcili yönünüzü dəyişdirin. Bu həyatı cəhənnəmə çevirən, sonra da cənnətə getmək üçün əl qatan pis ruhlulardır onlar. Bəzən oxuduğum mesajlara çox yoruluram, üzülürəm, susuram... Bloklamağa enerjim belə olmur. Yaxşı olun! Hər şey könlünüzcə olsun. Heç kimin qəlbinətoxunmaq istəmirəm. Ah almaqdan, günaha girməkdən, qəlb qırmaqdan çox qorxuram. Hz.Ali nə gözəl deyib “İnsanlara faydası olmayanları ölülərdən sayın getsin. Üstünə nur yağsın. Böyüklərin sözlərindən çıxmamaq yoldur. Yolumuzdayıq! Ayrılmayaq! Duam insan olan, bu dünyaya yaxşılıq, gözəllik gətirmək üçün əlindən gələni edən hər insanın yolu açıq olsun, ürəyinin çörəyini yesin. Mərhəməti qədər qucaqlasın bu dünya onu”.