Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Gəncə şəhərinin 20 Yanvar və Qızıl Arslan küçələrində yaşayan sakinlər sahibsiz itlərin onları narahat etdiyini deyirlər.
Uzun müddətdir problemin davam etdiyini söyləyən sakinlərin sözlərinə görə, itlər bir neçə sakinə xəsarət də yetirib.
"Nəvəm gecə işdən gələndə, itlər ona hücum edib, qonşular əlindən güclə alıblar. İtlərə görə burada yaşaya bilmirik", - deyə şikayətçi Məlahət Həsənova narazılığını bildirib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Gəncədə sahibsiz it problemi: "İtlərə görə burada yaşaya bilmirik"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.