ABŞ İranın hücumlarını dəf etmək üçün İsrailə kömək etdiyini təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" ABŞ hərbi departamentindəki mənbəyə istinadən məlumat yayıb.
"Mən təsdiqləməyə hazıram ki, ABŞ İsrailə yönəlmiş raketləri vurmağa kömək edir", - agentliyin mənbəsi bildirib.
Lakin o, ABŞ ordusunun əməliyyatda iştirakının təfərrüatlarını açıqlamayıb.