AZ

“Barselona” Niko Uilyams ilə danışıqlar aparır

“Barselona” klubu “Atletik Bilbao”nun futbolçusu Niko Uilyamsın nümayəndələri ilə görüş keçirib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İspaniyanın "Sport.es" nəşri məlumat yayıb.

Məlumata görə, katalon klubunun prezidenti Joan Laportanın ictimaiyyət qarşısında Uilyamsla maraqlanmadıqlarını bildirməsinə baxmayaraq, klub daxilində hücumçuya olan maraq yenidən aktuallaşıb.

Uilyamsa İngiltərənin “Arsenal” və Almaniyanın “Bavariya” klublarından konkret təkliflər olduğu bildirilir. Hər iki klub futbolçunun müqaviləsindəki satın alma məbləğini ödəməyə hazırdır. Bununla belə, 21 yaşlı vinger karyerasını İspaniyada davam etdirməyə üstünlük verir.

Hazırda “Barselona”nın əsas transfer prioriteti “Liverpul”un kolumbiyalı vingeri Luis Dias hesab olunur. Lakin mənbənin iddiasına görə, bu transferin reallaşması Uilyamsın alınmasından daha çətin görünür.

Seçilən
14
90deqiqe.az

1Mənbələr