AZ

Netanyahu Afinaya GETDİ

Ajans.az xəbər verir ki, bu arədə Yunanıstanın "newsbreak.gr" xəbər portalı məlumat yayıb. Portalın məlumatına görə, bu addım İranın mümkün qisas hücumundan qorunmaq məqsədilə atılıb.İsrailin rəsmi dövlət təyyarəsi İrandan mümkün cavab hücumu təhlükəsi səbəbindən Netanyahu da daxil olmaqla bəzi sərnişinləri ilə Afinaya uçduğu bildirilir. Qeyd olunur ki, bu təyyarə İsrailin ən mühüm strateji aktivlərindən biri hesab olunur. Daha əvvəl təyyarənin Kiprə uçduğu bildirilmişdi, lakin Kipr rəsmiləri bu məlumatı təkzib ediblər. Portal hesab edir ki, təyyarənin Afinaya göndərilməsi Yaxın Şərqdə artan gərginlik fonunda Yunanıstanın dolayısı ilə prosesə cəlb olunması kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, Təl-Əvivdəki Ben Qurion hava limanı hazırda bağlanıb və İsrailin hava hücumundan müdafiə sistemləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Seçilən
9
Ajans.az

1Mənbələr