AZ

"Çelsi" alman futbolçunun transferi ilə bağlı hərəkətə keçib

“Çelsi” “Ştutqart”ın hücumçusu Nik Voltemad ilə maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "TEAMtalk" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, London klubu artıq Almaniya millisinin üzvünün nümayəndələri ilə ilkin təmas qurub. “Mavilər” hesab edir ki, 23 yaşlı futbolçu hücum xəttində Nikolas Cekson və Liam Delap üçün ciddi rəqabət yaradacaq potensiala malikdir.

Alman futbolçu ötən mövsüm bütün turnirlərdə 33 oyunda iştirak edib, 17 qola imza atıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Ştutqart”la mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Transfermarkt portalının məlumatına əsasən, Voltemadın hazırkı bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir. O, Almaniya milli komandasının heyətində iki matçda meydana çıxıb.

Seçilən
11
90deqiqe.az

1Mənbələr