BAKI, 14 iyun. TELEQRAF
İsrail İrana Tehranın gözlədiyindən on dəfə güclü zərbə endirdi.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərini “Fox News”un jurnalisti Cennifer Qriffin “X” sosial şəbəkəsində paylaşıb.
"İranlılara gözlədiklərindən on dəfə güclü zərbə endirdilər. Onlar danışıqlara hazır deyildilər. Düşünürəm ki, indi hazır olarlar. Görərik", - paylaşımda deyilir.