AZ

Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans keçirildi » AzadMedia.az


13 iyun 2025-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində 15 İyun- Milli Qurtuluş Günü münasibəti ilə “Qurtuluşa gedən yol” mövzusunda konfrans keçirilmişdir.

Konfransda Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, eləcədə rayonun ağsaqqalları, ziyalıları və media nümayəndələri iştirak etmişlər.

İlk öncə tədbir iştirakçıları Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin abidəsi qarşısına tər gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər.

Masallı şəhər Heydər Əliyev Mərkəzində baş tutan konfrans Ulu Öndər Heydər Əliyev, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Sonra Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan Xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi olmaması, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan olması haqqında geniş məruzə ilə çıxış etdi.

Daha sonra veteran tarix müəllimi Qulu Gözəlov, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, RİHB-nın Hişkədərə kənd İƏD üzrə nümayəndəsi Səyavuş Feyruz oğlu çıxış edərək bildirdilər ki, bu gün biz yalnız keçmişi yad etmirik, həm də gələcəyə baxırıq. Azərbaycanın müstəqilliyini qorumaq və onu daha da gücləndirmək hər birimizin üzərinə düşən məsuliyyətdir. Bu gün buradayıq ki, birlikdə daha güclü Azərbaycan qurmaq əzmimizi bir daha təsdiqləyək. Ümumilli lider özü üçün yaşamadı, bizim üçün yaşadı. Onun xalqına bağışladığı ömür qüdrətli Azərbaycan dövlətinin qurulmasına xidmət etdi. Bu gün Prezident İlham Əliyevin liderliyi ilə qüdrətinə arxalandığımız ölkəmiz Ulu Öndərdən bizə mirasdır, qurucu liderin dövlətçilik strategiyası isə uğur, nicat yolumuzdur və Heydər Əliyevin müqəddəs adını sevgi, sayğı ilə anmaq bizim vətəndaşlıq borcumuzdur!

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Milli Qurtuluş Gününü tarixi Zəfərimizlə qeyd etmək xoşbəxtliyini xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir, belə güclü, qüdrətli ölkənin vətəndaşı olmaqdan qürur hissi keçirdiyini bildirir, ölkə Prezidentinin ətrafında sıx birləşməklə Qarabağımızı cənnətməkana çevirmək üçün səylərini birləşdirir. Tarixi Zəfərinə yol açan Milli Qurtuluş Günün mübarək, Azərbaycan!” sözləri ilə yekunlaşdı.
Seçilən
43
1
azadmedia.az

2Mənbələr