AZ

"İnter" "Parma"nın hücumçusu Anj-Yoan Bonni ilə müqavilə imzalamağa yaxındır

Bakı. Trend:

"İnter" klubu "Parma"nın gənc hücumçusu Anj-Yoan Bonni iləmüqavilə bağlamağı planlaşdırır.

Trend-inməlumatına görə, bu barədə italiyalı insayder Nikolo Skira xəbərverib. Məlumata əsasən, 21 yaşlı futbolçunun Milan təmsilçisinətransferi yaxın günlərdə reallaşa bilər.

Bonni, Markus Tyurama alternativ kimi "İnter"in əsashədəflərindən biri hesab olunur. Bildirilir ki, fransalı futbolçuartıq şəxsi müqavilə şərtlərini razılaşdırıb. Müqavilənin 2030-cuilə qədər qüvvədə olacağı gözlənilir.

Qeyd edək ki, Bonni ötən mövsüm A Seriyasında 37 oyunda iştirakedib, 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
31
az.trend.az

1Mənbələr