AZ

Bu yaşda harada işləyim? Müəllimlər məktəbin bağlanmasına etiraz edirlər

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sumqayıtda yerləşən "Evdə fərdi təhsil məktəbi"nin müəllimləri təhsil ocağının rəsmi qərar olmadan bağlanmasına etiraz edirlər.

Şikayətçilər deyirlər ki, məktəbin müəllimləri digər təhsil müəssisələrinə yerləşdiriləcək və bununla razılaşmayan pedaqoqlar işdən çıxarılacaqlar.

"Dövlət məktəbini bağlayırlar. Müəllimlərin 20 faizini saxlayıb, 80 faizini isə işsiz qoyurlar. Mən bu yaşda harada işləməliyəm?!", - deyə müəllimlərdən biri etirazını bildirib.

"60 yaşındayam, evimdə iki xəstə var. Bu yaşdan sonra evdə oturub onlara necə baxım?!", - başqa bir müəllim narazılığını ifadə edib.

Müəllimlərin narazılığına Elm və Təhsil Nazirliyi münasibət bildirib. Nazirliyin açıqlamasında qeyd olunur ki, bu addım dərslərin keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsi məqsədi daşıyır.

"Məqsəd dərslərin keçirilməsinin keyfiyyətinə məktəb rəhbərliyi tərəfindən nəzarətin daha effektiv həyata keçirilməsini təmin etməkdir. Bu proses "Evdə fərdi təhsil məktəbi"nin pedaqoji heyətinin fəaliyyətinə mənfi təsir göstərməyəcək. Çünki müəllimlərimiz işlə təmin olunacaqlar", - Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov bildirib.

Qeyd edək ki, məktəbin bağlanması müvafiq qurumlarla razılaşdırılıb və qərar bu il yox, növbəti tədris ilindən keçərlidir.

Ətraflı Baku TV-nin süjetində:

"Bu yaşda harada işləyim?" - Müəllimlər məktəbin bağlanmasına etiraz edirlər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
3
oxu.az

4Mənbələr