“Tottenhem” və “Brentford” hücumçu Brayan Mbemounun transferi ilə bağlı danışıqlar aparırlar.
90deqiqe.Az-ın "Sky Sports"a istinadən yaydığı məlumata görə, futbolçunun xidmətində “Mançester Yunayted” də maraq göstərir və onunla artıq şəxsi müqavilə şərtləri razılaşdırılmasına çalışsa da bu baş tutmayıb.
Mbemo “Tottenhem” variantına üstünlük verməyə başlayıb. Bu, Londonda klubun sabiq “Brentford”un baş məşqçisi Tomas Frank tərəfindən idarə olunması ilə bağlıdır.
Ötən mövsüm 25 yaşlı Mbemo bütün turnirlərdə 42 matçda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Kamerunlu futbolçunun Brentfordla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.