İranın Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.
APA xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin rəhbəri Rafael Qrossi deyib.
O bildirib ki, Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə radiasiyadan qorunma tədbirləri ilə idarə oluna bilər.
Qurum nüvə obyektlərinin tam mühafizəsini və dinc məqsədlər üçün istifadəni davam etdirməsi üçün İrana ekspertlər göndərməyə hazırdır.
Agentlik rəhbəri həmçinin bildirib ki, nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir.
Qrossi vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər tez İrana səfər etməyə hazır olduğunu deyib.