AZ

Praqa NATO nun büdcəsinin artırılması tərəfdarıdır

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Praqa, 14 iyun, AZƏRTAC

Çexiya NATO-nun qarşıdan gələn sammitində müdafiə xərclərinin ÜDM-in 5 faizinə qədər artırılmasını dəstəkləyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Çexiyanın hökumət sənədində bildirilib.

Təklif iki həftədən az müddətdə Haaqada müzakirə olunacaq. Üzv dövlətlərin birbaşa müdafiə xərcləri ÜDM-in hazırkı 2 faizindən 3,5 faizinə qədər artmalıdır. Qalan vəsaitlər kibertəhlükəsizlik, nəqliyyat və enerji infrastrukturu və ya yerli müdafiə sənayesinə dəstək kimi digər xərcləri əhatə etməlidir. Yeni öhdəlik 2032-ci ilə qədər NATO-ya üzv dövlətlər tərəfindən yerinə yetirilməlidir. Hökumət sənədində sammitdəki Çexiya nümayəndə heyətinin əməl etməli olduğu cəmi on iki prinsip var.

Planda xərclərin artırılmasına dəstək ilə yanaşı, atəşkəs və ya sülh razılaşmasının əldə olunmasından asılı olmayaraq, Ukraynaya uzunmüddətli dəstək də daxildir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
azertag.az

2Mənbələr