AZ

Tramp "Nippon Steel"in "US Steel"i almasına müəyyən şərtlərlə icazə verdi

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp cümə günü Yaponiyanın "Nippon Steel"şirkətinə müəyyən şərtlər daxilində ABŞ-nin polad istehsalçısı"U.S. Steel"i satın almasına icazə verən sərəncam imzalayıb.

Trend xəbər verirki, bu barədə sərəncamın mətni həmin gün Ağ Evin mətbuat xidmətitərəfindən yayılıb.

Sənəddə qeyd olunur ki, ABŞ administrasiyasının rəhbəri “təklifolunan sövdələşmənin ABŞ-nin milli təhlükəsizliyinə vurula biləcəkzərəri, sərəncamın 3-cü bölməsində göstərilən şərtlər yerinəyetiriləcəyi təqdirdə, adekvat şəkildə kompensasiya oluna bilər”qənaətinə gəlib.

Sərəncamın 3-cü bölməsində razılaşmanın həyata keçirilməsi üçüntexniki detallar və tələblər əksini tapıb. Ekspertlərin fikrincə,Trampın bu addımı tərəflər arasında mövcud olan fikirayrılıqlarının aradan qaldırılmasına şərait yarada bilər.

Qeyd edək ki, daha əvvəl “Nippon Steel” 14,9 milyard ABŞ dollarıdəyərində “U.S. Steel”i almaq niyyətini açıqlamışdı. Tramp isə bupotensial razılaşmanı ABŞ polad sənayesinə “rekord investisiya”kimi dəyərləndirmişdi. Bununla belə, ABŞ rəsmiləri və Yaponşirkətinin rəhbərliyi sövdələşməyə dair bütün fikir ayrılıqlarınınhələ tam həll olunmadığını bildirirlər.

Seçilən
48
az.trend.az

1Mənbələr