BAKI, 13 iyun. TELEQRAF
İrana məxsus nüvə obyektinin yerləşdiyi İsfahan şəhərində güclü partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
İranın Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin İsrailin hava zərbələrini dəf etməyə çalışdığını əks etdirən görüntülər yayımlanıb.
Qeyd edək ki, İsfahanda İranın keçmiş prezidenti İbrahim Rəisinin adını daşıyan uran emalı mərkəzi yerləşir.