Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” orta müddətliperspektivdə Azərbaycan hökumətinin valyuta çevikliyini artırmaqplanlarına baxmayaraq, manatın ABŞ dollarına de-fakto bağlılığınınqorunmasını əsas siyasi prioritet kimi qiymətləndirir.
Trend agentliyinhesabatına istinadən xəbər verir.
“Fitch” bildirib ki, Azərbaycan Mərkəzi Bankı bank sistemindəstruktur likvidlik artıqlığının idarə edilməsi üçün alətlərininkişafına davam edir və pul-kredit siyasətinin transmissiyamexanizminin səmərəliliyini gücləndirir.
Bununla belə, monetar qərarların ötürülməsi bir sıra amillərsəbəbindən məhdud olaraq qalır, xüsusilə daxili pul bazarlarınınkifayət qədər inkişaf etməməsi, bank sistemində həddindən artıqlikvidlik və nisbətən yüksək dollarlaşma səviyyəsi: 2025-ci ilinaprel ayında depozitlərin 40 %-i azalma tendensiyasına baxmayaraq,xarici valyutada saxlanılır”, – agentliyin analitiklərivurğulayıb.