AZ

İran yenidən İsraili vurmağa başladı

ain.az, Lent az saytına istinadən bildirir.

İranın İsrailə göndərdiyi raketlərin beşinci dalğası Böyük Tel-Əviv bölgəsinə düşməyə başlayıb.

Lent.az xəbər verir ki, bu haqda İsrail Radiosu məlumat verib.

Radio həmçinin beşinci dalğanın bütün İsraili hədəf aldığını bildirib. İsrailin şimalında, mərkəzində və cənubunda partlayış səsləri eşidilib.

İsrailin “Kanal 12” kanalı Tel-Əvivin cənubundakı Rişon LeZion şəhərinə raket zərbəsi endirildiyi ilə bağlı məlumat paylaşıb.

İsrail Ordusunun mətbuat xidməti də son bir saat ərzində İrandan İsrailə doğru onlarla raket atıldığını və onlardan bir neçəsini tutmaq mümkün olduğunu açıqlayıb.

Məlumatda xilasetmə qruplarının raketlərin düşdüyü barədə məlumatların daxil olduğu bir neçə yerdə işlədiyi bildirilir.

“Yedioth Ahronoth” isə İranın son hücumunda bir neçə israillinin yaralandığı və 6 binaya ciddi ziyan dəydiyi barədə məlumat yayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
lent.az

1Mənbələr