Bazarda olan yanğın SÖNDÜRÜLDÜ
Ajans.az Beyləqanda gecə saatlarında bazar yandı, yanğın qısa zamandan söndürüldü. Bəhs edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib.Baş vermiş yanğınla əlaqədar bazarda fəaliyyət göstərən sahibkarlara xəbər verilib. Mağazalardakı malların salamat çıxarılması üçün tədbirlər görülür. Beyləqan şəhərində bazar ərazisində bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.