Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
İran hesab edir ki, İsrailin hücumundan sonra Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ətrafında böhranın həlli üçün aparılan danışıqlar mənasızlaşıb.
Bizimyol.info xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
“Qarşı tərəf (ABŞ) elə hərəkət etdi ki, dialoq mənasız oldu. Sionist rejimə İran ərazisinə zərbələr endirmək üçün danışıqlara hazır olduqlarını bəyan etmək və eyni zamanda hərəkətləri əlaqələndirmək mümkün deyil”, - deyə İranın "Tasnim" agentliyi diplomata istinadən məlumat verib.
Aprel ayından bəri ABŞ və İran Omanın vasitəçiliyi ilə nüvə dosyesi ilə bağlı dolayı danışıqlar aparır. Danışıqların altıncı raundunun bazar günü Maskatda keçirilməsi planlaşdırılırdı, lakin İsrailin zərbələrindən sonra onun keçirilməsi sual altına düşüb.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.