AZ

Bu gün 116 mindən çox şagird üçün “Son zəng” çalınır

Bu gün ölkə üzrə tam orta təhsil səviyyəsini başa vuran 116 mindən çox şagird üçün “Son zəng” tədbiri keçirilir. Bu, onların məktəb həyatına vida etməsi, yeni bir mərhələyə qədəm qoyması baxımından xüsusi əhəmiyyət daşıyır.TehsilForumu.Az xəbər verir ki, 2024–2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məktəbi bitirir.XI sinif şagirdlərinə tam orta təhsil haqqında attestatlar bu gündən 20 iyunadək, IX sinif məzunlarına isə ümumi orta təhsil haqqında attestatlar 23–28 iyun tarixlərində təqdim olunacaq.Məzunlar həmin tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını şəxsən təhvil ala bilərlər. Təhsil sənədləri dövlət hesabına verilir və bu proseslə bağlı heç bir ödəniş tələb edilə bilməz.TehsilForumu.Az olaraq bütün məzunlara yeni həyat mərhələsində uğurlar arzulayırıq!

Seçilən
4
tehsilforumu.az

1Mənbələr