AZ

AB Rusiyaya sanksiyaları yumşaldacağı vaxtı açıqladı

Yalnız Ukrayna sülhə qovuşduqdan və Rusiyanın təkrar hücum təhlükəsi aradan qalxdıqdan sonra Avropa Birliyi Rusiya əleyhinə sanksiyaları yumşalda bilər.

Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid Sallivan deyib.

Onun sözlərinə görə, Ukraynanın təhlükəsizliyinə təhdidlər qaldığı halda AB sanksiyaları əvvəlcədən yumşaltmayacaq:

"Biz sanksiyaların ləğvini onların tətbiqinə səbəb olan səbəblər artıq mövcud olmayanda müzakirə edəcəyik. Biz bunu əvvəlcədən - Ukraynanın gələcək təhlükəsizliyini, suverenliyini və azadlığını təmin edən nizamlanma olmadan etmək niyyətində deyilik".

Seçilən
14
2
axar.az

3Mənbələr