İtaliyalı mütəxəssis Fabio Kannavaro Rusiyada işləyə bilər.
Futbolpress.az xəbər verir ki, o, ÇSKA-ya rəhbərlik edə bilər. Bu barədə insayder Canluka Di Marzio məlumat yayıb.
Son ünvanı Zaqreb “Dinamo”su olan və apreldən işsiz qalan Kannavaro rusların təklifinə müsbət yanaşır.
ÇSKA-da baş məşqçi Marko Nikoliçlə yollar ayrılıb.