AZ

Tramp administrasiyası miqrantların saxlanmasını dayandırıb - KİV

Bakı. Trend:

Tramp administrasiyası kənd təsərrüfatı və xidmət sektorundaçalışan qeyri-qanuni miqrantların saxlanmasını dayandırıb

Trend-in "New YorkTimes" nəşrinə istinadən verdiyi məlumata görə, ABŞ PrezidentiDonald Trampın administrasiyası kənd təsərrüfatı, restoran və otelsahələrində çalışan qeyri-qanuni miqrantlara qarşı əməliyyatlarındayandırılması barədə göstəriş verib.

Cümə axşamı ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin (ICE)regional idarələrinə bu barədə xüsusi göstəriş göndərilib. Sənəddəqeyd olunur: “Bu gündən etibarən kənd təsərrüfatı, restoran vəmehmanxanalardakı işlərə təsir edən bütün araşdırmaları vəəməliyyatları dayandırın”.

Bununla belə, ICE əməkdaşlarına insan alveri, çirkli pullarınyuyulması və narkotik qaçaqmalçılığı kimi cinayətlərlə bağlıistintaqları davam etdirməyə icazə verilib. Lakin onlar ABŞ-daqanunsuz olmaqdan başqa heç bir cinayət törətməyən şəxslərisaxlamamalıdırlar.

Seçilən
20
1
az.trend.az

2Mənbələr