Bu gün səhərə yazın İsrailin 200 qırıcı ilə İrana başlayan hücumuna Tehran rejimi əks zərbə ilə - yüzlərlə ballistik raketlə cavab verir.
Mia.az xəbər verir ki, bu barədə İranın IRNA dövlət agentliyi məlumat yayıb.
Bildirlib ki, bu dəqiqələrdə İsrailin ölkəyə hücumuna çox ağır cavab verilir: "Sionist rejimin qəddar hücumuna daha sərt cavab tədbirinə start verilib. Artıq İsrailə yüzlərlə müxtəlif ballistik raketlər buraxılıb."
Məlumatda o da deyilir ki, İrana hücumda rol alan İsrailin iki F-35 qırıcısı da vurulub: "Onlardan birinn qadın pilotu isə əsir alınıb" .
İsrail İranın ölkəyə hücum faktını təsdiqləyib: "Hazırda həmin raketləri ölkəmizə daxil omadan zərərsizləçdiririk".
İran srail ərazisinə səhərə kimi qısa fasilələrlə uzaqmənzilli 4-cü raket axını yönəldib.
Mia.az İsrail mediasına istinadla xəbər verir ki, indiyədək 2 müki şəxs həlak olub, 100-dək yaralı var.
İsrail mediası yazır ki, İran raketlərinin havada zərərsizləşdirilməsi əməliyyatında ABŞ müdafiə qüvvələri də iştirak edir: "Buna baxmayaraq, indiyədək 10-a yaxın mülki və inzibatı binaya zərbə dəyib. Böyük dağıntılar var. Əhali sığınacaqlarda gecələyib..."
Xəbərdə o da deyilir ki, İsrail qırıcıları da İrana hücumu davam etdirir: "İranın bir neçə əyalətdəki hərbi hava limanları, raket bazaları və ehtimal olunan nüvə obyektləri vurulub".
Lamiyə Əhmədli
MİA.AZ