AZ

Beyləqan bazarında YANĞIN – YENİLƏNİB

Beyləqan şəhərində bazar ərazisində bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Busaat.az xəbər verir ki, bu haqda FHN-in mətbuat xidmətindən məlumat verilib.

***

02:11

Beyləqanda bazar yanır.

Busaat.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə Beyləqan şəhərində bazar ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
11
busaat.az

1Mənbələr