Pedro yeni mövsümə də “Latsio”da başlayacaq.
Paytaxt klubu 37 yaşlı hücumçunun müddəti iyununda 30-da başa çatacaq müqaviləsini yeniləyəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Tərəflər arasında razılaşdırılan yeni anlaşmanın müddəti birillikdi.
2021-ci ilin yayından Roma klubunda çıxış edən Pedro yenicə sona çatan mövsümdə A seriyasında 30 oyuna 10 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta