"Bayer"in mərkəz müdafiəçisi Pyero İnkapi "Atletiko Madrid"ə keçə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 23 yaşlı futbolçu La Liqa klubuna qoşulmaq qərarına gəlib.
Tərəflər ekvadorlu futbolçunun transfer detallarını hələki razılaşdıra bilməyiblər.
İnkapi 2021-ci ildən “Bayer”də çıxış edir. Ötən mövsüm mərkəz müdafiəçisi “əczaçılar”ın heyətində bütün turnirlərdə 45 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
"Transfermarkt" futbolçunun transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Musleranın yeni komandası müəyyənləşib
Tudor daha 2 il “Yuventus”da - RƏSMİ
Argentinalı vinger “Real”da - RƏSMİ
La Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib
Daha bir İtaliya klubu Ceko ilə maraqlanır