ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Mançester Yunayted" rəhbərliyi bu yay heyətə bitirici forvard almaq niyyətindədir və "mankunianların" bununla bağlı iki namizədi var. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, "Mançester Yunayted" üçün prioritet variant Lissabon "Sportinq"inin 27 yaşlı isveçli hücumçusu Viktor Qyokeresdir. Ötən mövsüm Qyokeres Portuqaliya çempionatında 39 qol vurub.
Qeyd olunur ki, London "Arsenal"ı da Qyokeresin transferində maraqlıdır. Futbolçu "topçular"a keçərsə, "Mançester Yunayted" ötən mövsüm "Qalatasaray"ın heyətində 37 qol vuran nigeriyalı Viktor Osimhenə təklif göndərəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.