AZ

Vaqif Cavadovun keçmiş komanda yoldaşı narkotik alverçisi çıxdı

BAKI. 14 iyun. TELEQRAF

Niderlandlı sabiq futbolçu Ronni Stam narkotik ticarətində iştirakına görə 13 ilini həbsdə keçirə bilər.

Teleqraf "Omroep Brabant" nəşrinə istinadən xəbər verir ki, Stam və hazırda BƏƏ-də gizlənən qardaşı Ruddi 2 tondan çox kokainin kontrabandasında şübhəli bilinir.

40 yaşlı Ronni Stam əvvəllər Niderlandın "NAC Breda" və "Tvente", İngiltərənin "Uiqan" və Belçikanın "Standard" komandalarının formasını geyinib. Keçmiş müdafiəçi "Tvente"də Azərbaycan millisinin sabiq futbolçusu və bu yaxınlarda "Sumqayıt"ın baş məşqçi postunu tərk etmiş Vaqif Cavadovla komanda yoldaşı olub. Hər iki oyunçu 2010-cu ildə Niderland çempionu olub.

"Uiqan"da isə Ronni Stam 2013-cü ildə İngiltərə Kubokunu qazanıb.

Seçilən
24
teleqraf.com

1Mənbələr