İsrail İranın qərbindəki Həmədan vilayətinin mərkəzi Həmədan şəhərinə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Nournews" agentliyi məlumat yayıb.
Hücumun nəticələri barədə məlumat yoxdur.
Bu əyalətdə artıq iyunun 13-də İsrailin zərbələrinə məruz qalmış İranın Nojeh hərbi bazası yerləşir.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İrana zərbələr endirib. Hücum zamanı ölkənin nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb.
Hava əməliyyatları nəticəsində İranın bir neçə yüksək rütbəli ordu zabiti və altı nüvə fizikası mütəxəssisi həlak olub.
İranın buna cavab olaraq həyata keçirdiyi əməliyyat çərçivəsində İsrail ərazisinə çoxlu sayda ballistik raket atılıb.