AZ

İrana hücumdan əvvəl ABŞ İsraili “Cəhənnəm odu” ilə təmin edib - Mənbələr

İrana misli görünməmiş hücumdan əvvəl ABŞ səssizcə İsrailə yüzlərlə "Hellfire" raketi çatdırıb.

Yenisabah.az Middle East Eye-a istinadla xəbər verir ki, İsrailə hücumdan əvvəl böyük tədarükün bir hissəsi olaraq təxminən 300 "Hellfire" raketi göndərilib. Eyni zamanda, ABŞ prezidenti Donald Tramp administrasiyası İranı nüvə müzakirələrinə davam etdirməyə hazır olduğunu bildirib.

"Bu qədər raketin ötürülməsi onu göstərir ki, Tramp administrasiyası İsrailin İslam Respublikasına hücum planlarından yaxşı xəbərdar idi", - bunu anonimlik şərti ilə iki ABŞ rəsmisi MEE-yə bildirib.

Hücumdan əvvəl ABŞ-ın "Cəhənnəm odu" ("Hellfire") raketləri və ya digər böyük miqdarda silahlar çatdırdığı barədə əvvəllər heç bir məlumat verilməmişdi.

"Cəhənnəm odu" İsrailin İranın nüvə obyektlərini bombalamaqdansa, dəqiq zərbələr endirmək üçün istifadə edəcəyi lazerlə idarə olunan hava-yer tipli raketdir.

Cümə günü hücumunda İsrail ordusu yüksək rütbəli hərbi məmurları, nüvə alimlərini və komanda mərkəzlərini hədəfə almaq üçün dəqiq izləmədən istifadə edərək 100-dən çox təyyarə yerləşdirib.

"Cəhənnəm odu" İsrail üçün faydalı olub", - ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi MEE-yə bildirib.


Telegram kanalımız
Seçilən
7
4
yenisabah.az

5Mənbələr