Beyləqanda bazar yanır.
News365.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə Beyləqan şəhərində bazar ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.