İranın zərbələri nəticəsində Təl-Əviv ətrafında ən azı 21 nəfər xəsarət alıb.
Huriyyet.az xəbər verir ki, bu barədə İsrail təcili yardım xidməti məlumat yayıb.
Bildirilib ki, yaralılardan birinin vəziyyəti orta-ağır qiymətləndirilir.
***
İranın İsrailə hücumları nəticəsində yaralıların sayı 44-ə çatıb.
Bu barədə İsrailin "Ynet" nəşri məlumat yayıb.
Qeyd edək ki, İran İsrailə cavab olaraq ballistik raketlərlə hücum edib.
***
İranın İsrailə zərbələri nəticəsində ağır yaralanan qadın xəstəxanada keçinib.
Bu barədə “Yerusəlim Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, zərbələr Təl-Əvivdə ciddi dağıntılara səbəb olub, binaların uçqunları altında insanlar qalmış ola bilər.
Milli Tibb Xidməti 63 zərərçəkmişə yardım göstərildiyini açıqlayıb.
***
İranın səhər saatlarında İsrailə endirdiyi raket zərbələri nəticəsində 2 nəfər ölüb, azı 21 nəfər isə yaralanıb.
Bu barədə Milli Tibb Xidməti məlumat yayıb.
Qeyd edilib ki, endirilən zərbələr nəticəsində azı 6 bina dağıdılıb.
Ümumilikdə, İranın hücumları nəticəsində 3 nəfər ölüb, 84 nəfər xəsarət alıb.
Axar.az