AZ

Təbriz hava limanındakı partlayış İranı şoka saldı


2025-ci il iyunun 13-də səhər İranın şimal-qərbindəki Təbriz Beynəlxalq Hava Limanının ərazisində güclü partlayış baş verdi. Partlayış nəticəsindəyerli əhali arasında çaxnaşma yarandı və hadisənin səbəbi ilə bağlı fərziyyələr yarandı. İranın dövlət Mehrnews xəbər agentliyi partlayışın hava limanına bitişik ərazidə baş verdiyini, infrastruktura ciddi ziyan vurduğunu və uşuşları müvəqqəti dayandırdığını bildirib. İran rəsmiləri hadisənin səbəblərini şərh etməkdən çəkinsələr də, beynəlxalq media və analitiklər partlayışı İsrailin hücumu ilə əlaqələndirib, Tehran və Təl-Əviv arasında davam edən münaqişə bölgədə gərginliyi daha da artırıb.
Təbrizdə baş verən partlayış hava limanı ərazisində güclü yanğına səbəb olub. Şahidlərgüclü zərbənin ardından fövqəladə sirenlərin səsləndiyini bildiriblər. İlkin məlumatlar aeroport anbarlarının və uçuş-enmə zolağının bir hissəsinin zədələndiyini göstərir, lakin dağıntının dəqiq miqyası qeyri-müəyyən olaraq qalır.

Surxay Əliyev

Seçilən
24
baki-xeber.com

1Mənbələr