Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı tatamiyə çıxacaq.
Dünya çempionatı
Kişilər
66 kq
Ruslan Paşayev (66 kq) mübarizəyə 1/32 finaldan başlayacaq. Onun rəqibi Ronald Lima (Braziliya) olacaq.
Qadınlar
52 kq
Gültac Məmmədəliyeva 1/32 finalda Sofiya Asvesta (Kipr) ilə güləşəcək.
Qeyd edək ki, yarışa 13 cüdoçu ilə yollanan millimiz ilk günü medalsız başa vurub. Əhməd Yusifov (60 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) məğlubiyyətə üzülüb. Komandamız mundialda, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
İdman.biz