AZ

Mingəçevir teatrı sənətsevərlərə yeni tamaşa təqdim edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mingəçevir, 14 iyun, Vüsalə Cənnətova, AZƏRTAC

Mingəçevir Dövlət Dram Teatrının səhnəsində yeni tamaşanın premyerası olub.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tatar yazıçısı Tufan Minullinin "Ərməğanlı Əlməndər" adlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Valeh Kərimov, rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Gülcahan Yusifovadır. Səhnə əsərində 91 yaşlı ahıl kişinin yaşamaq eşqindən, həyata olan sevgisindən bəhs edilir.

Janrı qəmli komediya kimi təyin olunan tamaşada rolları Xalq artistləri Valeh Kərimov, Ella Yaqubova, Qabil İbrahimli, Lalə Abuşova, Afət Əliyeva, Ömər Qasımzadə, Cavidan Abdullayev, Aytən İsmayılova, Firuz Hacıyev, Asim Məmmədov və İbrahim Salamov ifa edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
azertag.az

1Mənbələr