AZ

CNN: İsrailin İran əməliyyatının hədəfi rejim dəyişikliyi ola bilər

BAKI, 14 iyun. TELEQRAF

İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar yalnız nüvə obyektlərini sıradan çıxarmaq məqsədi daşımır.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Eyni zamanda bu əməliyyatların ölkədəki siyasi rejimi dəyişdirməyə yönəlik strategiyanın tərkib hissəsi ola biləcəyi istisna olunmur.

Analitiklərin fikrincə, İsrail rəhbərliyi İranın nüvə silahına sahib olmasının qarşısını almaqla yanaşı, ölkədəki mövcud rejimi zəiflətmək və regionda balansı dəyişmək məqsədi güdə bilər. Bu isə bölgədə gərginliyin daha da artmasına səbəb ola bilər.

Seçilən
1
teleqraf.com

1Mənbələr