BAKI, 14 iyun. TELEQRAF
Azərbaycanda son zəng tədbirləri başlayıb.
Teleqraf xəbər verir ki, bu gün ölkənin bütün ümumi və tam orta təhsil müəssisələrində son zəng tədbirləri keçirilir.
Bakı.şəhəri Nizami rayonu Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseydə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli iştirak edib.
Aparat rəhbəri məzunları təbrik edib.
Məktəbdə ən yüksək bal toplayan məzunlar çıxış ediblər.
Qeyd edək ki, tədbirdə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məzunlar müəllimlərinə və valideynlərinə təşəkkür edir, gələcək planlarından danışırlar. Məktəblərdə musiqili və ədəbi-bədii kompozisiyalar təqdim olunur, xatirə şəkilləri çəkilir. Təhlükəsizlik məqsədilə müvafiq qurumlar tərəfindən zəruri tədbirlər görülüb.