İsrailin İrana hərbi nöqteyi-nəzərdən hücumunun nəticələri Ukraynaya bir qədər mənfi təsir göstərə bilər, çünki indi ABŞ yəqin ki, 2023-cü ildə olduğu kimi diqqətini İsrailə yönəldəcək.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pavlo Narojni deyib.
"HƏMAS-ın İsrailə qarşı hücuma başladığı vaxtı xatırlayaq. Sonra ABŞ diqqətini İsrailə verdi və əhəmiyyətli miqdarda hərbi yardım göndərdi. Bunlar əsasən 155 kalibrli mərmilər idi, bizə hava-su kimi lazım idi, çünki artilleriya bu müharibədə əsas zərbə qüvvəsi olub və olacaq.
İsrailin ABŞ-da kifayət qədər güclü lobbisi var və müəyyən ehtimalla diqqət oraya yönələcək. Bununla belə, İrandan Rusiyaya silah tədarükü ilə bağlı vəziyyət çətin ki, dəyişsin", - o qeyd edib.