İranın İsrailə cavab hücumu nəticəsində 4 nəfər ölüb, azı 70 nəfər yaralanıb.
Bizim.Media xəbər vrir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Zərərçəkənlərdən biri xəstəxanada dünyasını dəyişib.
Bundan əvvəl “Ynet” portalı İranın İsrailə cavab zərbələri nəticəsində 60-dan çox insanın yaralandığını bildirmişdi.
Bundan əlavə, Quş Dandakı yaşayış binasına raketin birbaşa düşməsi nəticəsində ağır yaralanan bir qadın həlak olub.
İyunun 14-ü səhər Əl Məsirə telekanalı İranın İsrailə raket hücumlarının yeni dalğası barədə məlumat verib.
Qeyd edək ki, iyunun 13-ü gecə saatlarında İsrail İrana qarşı “Rising Lion” əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri İranın hərbi və nüvə obyektlərinə hücum edib. İsrail zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olublar. Bundan əlavə, zərbələr nəticəsində İranın mülki əhalisi arasında da həlak olanlar var. Buna cavab olaraq gecə boyu İran İsrail ərazisinə qarşı yeni raket hücumu həyata keçirib.
Bizim.Media